top
Bakıda ata 19 yaşlı qızını ARAĞA GÖRƏ DÖYDÜ
14 mart 2025, 05:25
- ↺ +

Bakıda ata 19 yaşlı qızını ARAĞA GÖRƏ DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ata qızını spirtli içkiyə görə döyüb.

Bakuplus.az-n əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Cavid Quliyev (ad şərtidir) 1982-ci ildə Ermənistanda anadan olub. O, spirtli içki qəbul etdikdən sonra evə gəlib. Birlikdə yaşadığı 2006-cı il təvəllüdlü qızı Sevda Quliyevanın (ad şərtidir) onu ata kimi saymadığını bəhanə edərək boğazından tutub divara vurub və başına bir neçə zərbə endirib. Nəticədə qızın gözünə qan sızıb və bədən xəsarətləri alıb.

Cavid Quliyev Azərbaycan Respublikası CM-nin 128.1-ci (sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə iclasında təqsirləndirilən Cavid Quliyev özünü təqsirli bilərək ifadəsində göstərib:

“2005-ci ildə arvadım Nigar ilə ailə həyatı qurduq. Rəsmi nikahdan iki övladımız dünyaya gəldi. Ailəmi dolandırmaq üçün usta kimi fəaliyyət göstərir, mənzilləri təmir edirəm. Son zamanlar iş tapa bilmədiyim üçün maddi vəziyyətim pisləşdi və özümü rahatlatmaq üçün spirtli içki qəbul etməyə başladım. İçki içdiyim üçün yoldaşımla aramda daimi mübahisələr olurdu.

Hadisə günü spirtli içki qəbul edib evə gəldim. Yoldaşım buna görə dava yaratdı və qızım Sevda da gəlib ona qoşulub irad bildirdi. Nigarın üstünə gedəndə qızım qarşımı kəsdi. Əsəbiləşib qızımın boğazından tutub divara itələdim və başından bir neçə dəfə zərbə vurdum”.

Məhkəmə baxışında zərərçəkmiş Sevda Quliyeva ifadəsində qeyd edib:

“Atam son zamanlar mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş halda evə gəlirdi. Hadisə günü gecə atamın səsinə oyanıb gördüm ki, anamla mübahisə edir. Mən də spirtli içki qəbul etdiyi üçün irad bildirdiyimə görə mənim boğazımdan tutub divara vurdu. Daha sonra başıma dəfələrlə zərbə endirdi”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Cavid Quliyevi təqsirli bilib. O, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər