Bu gün, avqusutun 5-i günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində avtomobil motosikletlə toqquşub. Yol-nəqliyyat hadisəsində motosikletin sürücüsü xəsərət alıb.
“Xəzər” markalı avtomobil Azadlıq prospektinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsində qarşıda gedən motosikletlə qəza törədib.
Bu gün ərzində Bakı şəhəri ərazisində avomobillərin iştirakı ilə ən azı 3 yol-nəqliyyat hadisəsi baş verib.