Bakıda bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağarza Rahil oğlu Bağırov elektrik dirəyinə çıxıb.
Nəticədə onu cərəyan vuraraq öldürüb.
Mərhum ev dustağı olub.
Meyitin müayinəsi zamanı onun ayağında elektron qolbaq aşkar edilib.
Araşdırma aparılır.