top
Bakıda doğulan məşhur Vaynşteynlər – Dünya çempionu, bəstəkar, şoumen....     
01 aprel 2025, 06:14
- ↺ +

Bakıda doğulan məşhur Vaynşteynlər – Dünya çempionu, bəstəkar, şoumen....    

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda çox sayda məşhur nəsil yaşayıb ki, onlardan biri də yəhudi əsilli Vaynşteynlərdir.

İndi biz bu nəslin iki çox məşhur nümayəndəsini tanıyırıq: Hari Kasparov və Timur Vaynşteyn. Onlar əmioğludurlar.

Amma Vaynşteynlərin onlardan başqa da görkəmli, məşhur nümayəndələri var. Onların babası Moisey Vaynşteyn bəstəkar olub. O, 1906-cı ildə Bakı quberniyasında doğulub. 1930-cu ildə Musiqi Texnikumunu bitirib, 1934-cü ildə isə konservatoriyanın məzunu olub. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləyib. 1934-1937-ci illərdə Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 1940-194-ci illərdə Filarmoniyada işləyib.

Timurın atası Leonid Vaynşteyn 1945-ci ildə anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, eləcə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışıb. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük verib. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənib.  Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat edib.

Bakıda doğulan Timur Vaynşteyn isə 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Rusiyanın məşhur televiziyalarında önəmli vəzifələrdə çalışıb.

Hari Kasparova gəlincə... Bakı şahmat məktəbinin yetirməsi, dünya çempionu Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının 1970-ci ildə leykozdan vəfatından sonra, erməni anası onunun soyadını dəyişərək öz soyadını verib. Bəhanəsi də o olub ki, SSRİ-də yəhudilərə münasibət yaxşı deyil, bu, sənin inkişafına mane olacaq. Bəs niyə Kasparyan yox, Kasparov? Anası düşünürmüş ki, “yan” da Harriyə mane ola bilər, ona görə də elə ən yaxşısı rus familiyasına uyğunlaşmaqdır. 18 yanvar 1990-cı il tarixdə Bakını tərk edən Kasparov “Qarabağ problemini yaradanlar Bakıdakı erməniləri düşünmədilər” desə də, sonradan həmişə ermənilərə xüsusi sevgisi, Azərbaycana və azərbaycanlılara xüsusi nifrəti ilə seçildi. Bu baxımdan onun azərbaycanlılar tərəfindən nankor adlandırılması heç də təsadüfü deyil.

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər