Avqustun 2-də Bakının Xətai rayonunda evlərin birindən 4800 ABŞ dolları və 20.000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Bundan əvvəl, iyulun 27-də İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat pul və qızıl-zinət əşyaları oğurlanmışdır.