Sabunçu rayonunda 22 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
APA xəbər verir ki, noyabrın 15-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində 2002-ci il təvəllüdlü Ş.İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü E.Sadıqov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
09:34
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.
2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.
O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.