top
Anasının dəfn pulunu fırıldaqçılar mənimsədilər - TƏFƏRRÜAT
02 iyun 2025, 23:31
- ↺ +

Anasının dəfn pulunu fırıldaqçılar mənimsədilər - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özlərini “Nova kredit” şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər kredit vermək adı ilə camaatı aldatmaqla məşğuldurlar.

Bu barədə Bakuplus.az-a Xətai rayonu, Azadlıq küçəsi sakini Növrəstə Abdullayeva məlumat verib.

O bildirib ki, 8 min manat kredit götürmək məqsədilə onlayn qaydada “Nova kredit” kimi təqdim edilən şirkətə müraciət edib. Şirkətin Aygün və Həsən adlı əməkdaşları ondan ümumilikdə 365 manat ödəniş etməsini istəyiblər, bundan sonra kart hesabına 8 min manatın köçürüləcəyini deyiblər. Ancaq kredit kimi nəzərdə tutulan məbləğ vətəndaşın hesabına köçürülməyib. Hər dəfə “narahat olmayın, pul hesabınıza oturdulacaq” deyilsə də, vədə əməl edilməyib.

Növrəstə Abdullayevanın anası bu yaxınlarda vəfat edib, onun fırıldaqçılara ödədiyi məbləğ isə müvafiq qurum tərəfindən ödənilən "dəfn pulu" olub.

O, üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə məlumat verib. DİN-dən isə şikayəti Xətai rayonu 34-cü polis bölməsinə yönləndiriblər. Növrəstə Abdullayevanı qəbul edən polis əməkdaşı məsələ ilə bağlı araşdırma aparıldığını söyləyib.

Qeyd edək ki, vətəndaşı aldadan şəxslər insanlarla +994 70 604 88 18 nömrəsi vasitəsilə əlaqə yaradır. Göndərilən məlumatlarda bu nömrənin Həsən Məmmədova məxsus olduğu qeyd edilir.

Bir məqamı da xüsusi olaraq qeyd edək ki, DİN hər gün vətəndaşlara müraciət edərək vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. Qəti formada şəxsi bank məlumatlarının naməlum şəxslərə verməmək də tövsiyyə edilir, təhlükə olduğu vurğulanır.

Onu da xatırladaq ki, "Nova Credit Bank Olmayan Kredit Təşkilatı" MMC adına açılan saxta saytlar və sosial şəbəkə səhifələri barədə vətəndaşları bir neçə dəfə xəbərdar edib.

Qeyd edilib ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Nova Credit BOKT" MMC-nin "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə rəsmi səhifəsinə oxşar profillər yaradır. Onların hədəfi onlayn səhifələrdə məsafədən istehlak krediti əldə etmək istəyən vətəndaşlardır. Kiberdələduzlar kredit təşkilatının nümayəndəsi qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq əlverişli şərtlərlə kredit təklif edir və müvafiq təhlildən sonra krediti əldə etmək üçün müştəridən kreditin xidmət komissiyası adı ilə onlara kartdan karta və ya müvafiq veb-ünvan göndərməklə kart köçürməsi edilməsini tələb edirlər. Məbləğ karta köçürüləndən sonra, saxta səhifələrdə qeyd edilmiş mobil telefonla artıq əlaqə qurmaq mümkün olmur.

Kamran Rza

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Bu gün, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Bu gün, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Bu gün, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Bu gün, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Bu gün, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Bu gün, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Oxşar xəbərlər