Bakıda "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.
Bakuplus.az xəbər verir ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.
Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, körpəsi ölü doğulub və onun meyiti morqa aparılmayıb, zirzəmiyə atılıb.
Xəstəxana iddialarla bağlı suallara cavab verməyib.
Səhiyyə Nazirliyi isə məlumat yayıb ki, "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb.
Bildirilib ki, sosial şəbəkələrdə hospitalla bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".