Bakıda qeyri-adi soyğunçuluq baş verib.
Sərnişin kimi mindiyi avtomobildə əvvəlcə sürücüdən 20 manat istəyən qadın, pul qabı çıxarılan anda yerə dağılan vəsaiti götürüb. Ardınca isə sürücünün pulu geri tələb edəcəyi halda özünü avtomobilin altına atacağını və polisə şikayət edəcəyini bildirərək hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, pullar avtomobilin salonuna dağılıb, o da onları toplayaraq avtomobildən düşüb. Sürücünün vəsaiti geri istəməsinin qarşısını almaq üçün isə özünü maşının altına atacağını və polisə müraciət edəcəyini bildirib. Daha sonra yaşadığı ünvana gedib və götürdüyü pulu sayarkən məbləğin 700 manat olduğunu müəyyən edib.
Hadisə ilə bağlı cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə qadına 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.