Polis əməkdaşları xeyli sayda silah-sursat aşkar ediblər.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.