Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində avtomobil qəzası nəticəisndə qaz xətti yararsız hala düşüb.
"Azəriqaz"dan Bakuplus.az-a verilən məlumata görə, hadisə nəticəsində bu gün saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.
"Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır", - məlumatda qeyd olunur.