top
Bakıdakı məktəbdə qaraçılar günü… - İDDİA + YENİLƏNİB
15 aprel 2025, 07:02
- ↺ +

Bakıdakı məktəbdə qaraçılar günü… - İDDİA + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı məktəblə bağlı iddialara aydınlıq gətirib.

Qurumdan Bakuplus.az-a bildirilib ki, aprelin 8-də Ağdaban faciəsi ilə bağlı bir dəqiqəlik sükutdan sonra şagirdlər məktəb binasına daxil olub: “Son zəng”lə bağlı məktəb rəhbərliyi tərəfindən XI siniflərin sinif rəhbərləri, şagirdləri və valideynləri ilə görüş keçirilib. Görüş zamanı tədbirdə iştirak edəcək məzunların geyiminin nizam-intizam qaydaları çərçivəsində və səliqəli olmasının zəruriliyi, seçilən musiqilərin şagirdlərin yaşına və milli dəyərlərə uyğun olması, hər hansı pirotexniki vasitələrdən istifadə edilməməsi kimi vacib məlumatlar valideynlərin diqqətinə çatdırılıb. Müraciətdə qeyd edilən digər məsələlər də həqiqəti əks etdirmir”.

***

Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı məktəbin direktoru Pərvanə Abbasova “Son zəng”lə bağlı 11-ci siniflərdən pul yığır.

Bu barədə Bakuplus.az-a məlumat verən valideynlərin sözlərinə görə, direktor “Son zəng” tədbirinə səsgücləndirici vasitələrin gətirilməsi üçün 1000 manata ehtiyac olduğunu deyib, buna görə də tədbirdə iştirak edəcək hər sinfin 200 manat verməli olduğunu söyləyib.

Bundan əlavə direktor şagirdlərə bildirib ki, “Son zəng” tədbiri cəmi 45 dəqiqə çəkməlidir, tədbirin məhz bu qədər davam edəcəyi ilə bağlı şagirdlərə qol da çəkdirib. Məktəb rəhbəri onu da deyib ki, hər sinif cəmi 3 dəqiqə keçid və rəqs edə bilər. P.Abbasova söyləyib ki, tədbirdə hər 11-ci sinif şagirdinin bir valideyni iştirak etməlidir. Kimsə hər iki valideyni ilə gəlsə, ya ata, ya da ana məktəb ərazisinə buraxılmayacaq.

Valideynlər bildirirlər ki, direktor heç bir əhəmiyyəti olmayan tədbirlərlə şagirdləri yorur. Məsələn, Pərvanə Abbasova aprelin 8-i səhər saat 8:00-da uşaqları sırada gözlədərək Beynəlxalq Qaraçılar Günü olduğunu bildirib və bu günün zəruriliyindən danışıb. Sonra isə qaraçı mahnıları qoşduraraq günə özünəməxsus töhfə verib. Valideynlər ehtimal edir ki, direktor özü də qaraçı olduğundan bu günə xüsusi həssaslıqla yanaşır.

Valideynlərin sözlərinə görə, Pərvanə Abbasova əvvəllər həmişə rus sektoru ilə işləyib. O, bu məktəbə direktor gəlmək istəmirmiş, deyirmiş ki, Azərbaycan sektoru ilə çalışmaq mənim üçün çətin olacaq. Buna baxmayaraq onu yanvarda Azərbaycan dilli məktəbə direktor təyin ediblər və bunun acı nəticələri qısa müddət ərzində özünü göstərib.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər