top
Bakılı görkəmli bəstəkarın doğum günüdür
28 iyul 2026, 15:29
- ↺ +

Bakılı görkəmli bəstəkarın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

28 iyul Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri Vasif Adıgözəlovun doğum günüdür.

Bakuplus.az xatırladır ki, o, 1935-ci ildə Bakıda, məşhur muğam ustası Zülfüqar Adıgözəlovun ailəsində anadan olub. 

Vasif Adıgözəlov ilk musiqi təhsilini piano üzrə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə isə Simuzər Quliyevanın sinfində təhsil alıb. 1959-cu ildə konservatoriyanı iki ixtisas üzrə bitirib. Onun yaradıcılıq fəaliyyəti hələ tələbəlik illərindən başlayıb və sonrakı dövrdə Azərbaycan musiqisinin müxtəlif janrlarını əhatə edib.

Bəstəkarın yaradıcılıq irsi olduqca zəngindir. O, "Ölülər" və "Natəvan" operalarının, bir sıra musiqili komediyaların, o cümlədən "Hacı Qara", "Nənəmin şahlıq quşu", "Boşanaq – evlənərik" və "Lənət şeytana" əsərlərinin müəllifidir. Bundan başqa, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala – 1915" və "Qəm karvanı" kimi oratoriyaları, simfoniyaları, instrumental konsertləri, romans və mahnıları onun yaradıcılığında xüsusi yer tutur.

Vasif Adıgözəlov yalnız bəstəkar kimi deyil, həm də pedaqoq və musiqi təşkilatçısı kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. O, müxtəlif illərdə Azərbaycan Radio və Televiziya Komitəsində, Dövlət Filarmoniyasında və digər musiqi müəssisələrində çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Azərbaycan Bəstəkarlar İttifaqında da rəhbər vəzifələrdə çalışaraq milli bəstəkarlıq məktəbinin inkişafına xidmət edib.

Sənətkarın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına, Dövlət Mükafatına layiq görülüb, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Oxşar xəbərlər