top
Bakılı qadının qoğal bişirən avstriyalı əri - Bu dəfə xəngəl bişirmək istəyir
13 mart 2025, 03:06
- ↺ +

Bakılı qadının qoğal bişirən avstriyalı əri - Bu dəfə xəngəl bişirmək istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın hüdudlarından kənarda yaşayan insanların qarşılaşdığı mədəniyyətlərarası fərqlər, yeni həyat tərzi ilə bağlı hisslər və sosial cəhətdən üzləşdikləri mövzular öz aktuallığını saxlayır.

Bugünkü müsahibəmiz xaricdə yaşayan azərbaycanlı qadınlardan biri ilədir. O, uzun illərdir ki, özünü başqa bir mədəniyyətin və cəmiyyətin içində tapıb, amma eyni zamanda öz milli kimliyini qoruyub saxlayıb. Bu müsahibədə onun həyat yolunu, xaricdəki təcrübələrini və eyni zamanda avstriyalı həyat yoldaşının bizə məxsus şirniyyat olan qoğalı bişirməsindən danışacağıq.

Bakuplus.az Avstriyada yaşayan azərbaycanlı Leyla Allabauer ilə müsahibəsini təqdim edir:

- Əvvəlcə özünüzü təqdim edərsinizmi? Haradansınız? Avstriyaya nə zaman köçdünüz? Orada neçə müddətdir yaşayırsınız?

- 1984-cü ildə Bakıda anadan olmuşam. 2008-ci ildə təhsil almaq üçün Avstriyaya gəldim. Artıq on yeddi ildir ki, bu Avropa ölkəsi mənim ikinci evimə çevrilib.

- Avstriya mətbəxində daha çox nəyi bəyənirsiniz və Azərbaycan mətbəxi ilə müqayisə edəndə hansı fərqləri görürsünüz?

- Avstriya mətbəxi özünəməxsus və maraqlıdır, amma, əlbəttə ki, Azərbaycan mətbəxindən çox fərqlənir – həm dad baxımından, həm də yemək bişirmə fəlsəfəsinə görə. Azərbaycanda yemək sadəcə qida deyil, eyni zamanda tarix, ailə ənənələri və nəsildən-nəslə ötürülən bir mədəniyyətdir. Bizim mətbəximizdə ədviyyatlar daha çox, dad qatları daha dərin və hər bir yeməyin arxasında bir ritual, bir xüsusi ab-hava var. Məsələn, Avstriya mətbəxində əsas vurğu məhsulların keyfiyyətinə və sadəliyə edilirsə, Azərbaycanda həm hazırlıq prosesi, həm də süfrə mədəniyyəti böyük əhəmiyyət daşıyır.

- Ailə qurduğunuz bəy Avstriya vətəndaşıdır. Onunla tanışlığınız necə oldu?

- Həyat yoldaşım Berndlə tanışlıq hekayəm o qədər də sadə deyil ki, onu bir neçə cümləyə sığışdırım. Onun yaxın dostu ilə birgə oxumuşuq. Tale elə gətirdi ki, yollarımız kəsişdi və biz ailə qurduq. Bu haqda daha ətraflı “Instagram” hesabımda danışıram.

- Yoldaşınızla qoğal bişirərkən paylaşdığınız video gündəm yaratdı. O, qoğal bişirməyi necə öyrənib?

- Bernd yemək bişirməyi və şirniyyat hazırlamağı çox sevir. Onun mətbəxə bu qədər maraq göstərməsi məni çox sevindirir. Azərbaycan mətbəxi ilk gündən onun qəlbini fəth etdi. Bir dəfə mənə paxlava hazırlamağa kömək etməyi təklif etdi, amma növbəti il artıq onu təkbaşına bişirdi. Əgər onun əllərində paxlava gözəl və ləzzətli alınırsa, deməli, nə şah plov, nə də qoğal onu qorxuda bilməz.

- Qoğalın hazırlanmasında xüsusi dəyişikliklər edirsiniz yoxsa ənənəvi Azərbaycan resepti ilə hazırlanır?

- Biz reseptlərə tam əməl etməyə çalışırıq, yeməklərimizin orijinal dadını qoruyuruq. Düzdür, bəzən Bernd yağı və şəkəri bir qədər azaltmağı təklif edir, xüsusilə də paxlavada – onun fikrincə, daha az kalorili olsa, yaxşıdır. Amma mən hər zaman Azərbaycan mətbəxinin orijinallığını qorumağın tərəfdarıyam!

- Həyat yoldaşınız bundan sonra Azərbaycan mətbəxində hansı yeməkləri öyrənmək istəyir?

- Berndin bir gün xəngəl bişirməsini çox istərdim. Amma o, artıq bir çox Azərbaycan yeməklərini hazırlamağı öyrənib: qutab, badımcan dolması və digərləri. O, həvəslə öyrənir və bu, məni çox sevindirir.

- Ətrafınızdakı xarici insanların qoğala olan marağı necədir? Dadını sevirlərmi?

- Azərbaycan mətbəxi bizim ətrafımızda olan hər kəsin xoşuna gəlir, xüsusən də Berndin ailəsinin. Məsələn, şor qoğal çox qeyri-adi bir dada malikdir, heç nəyə bənzəmir. Amma məhz bu xüsusiyyəti onu daha da cəlbedici edir – hər dişlək insana həqiqi bir zövq bəxş edir.

- Ümumiyyətlə, Novruz bayramını orda necə keçirirsiniz?

- Novruzu biz hər zaman xüsusi bir ab-havada qeyd edirik, baxmayaraq ki, Avstriyada bu, adi bir iş günüdür. Amma bayrama hazırlıq bir ay öncədən başlayır: çərşənbə axşamları ailəliklə və bəzən dostlarla bir yerə toplaşır, şam işığında şam yeməyi yeyir, armudu stəkanda çay içir və şirniyyatlarımızla qonaqlıq edirik.

Martın 20-si isə bizim üçün ən vacib gündür. Mən gözəl süfrə açır, yalnız Azərbaycan yeməkləri hazırlayıram və biz bayramı ailə daxilində qeyd edirik. Berndin ailəsi artıq bu tarixi bilir və öncədən planlarını elə qurur ki, həmin axşam bizimlə birlikdə olsunlar. Əgər Novruz həftəsonuna təsadüf edirsə, mən xüsusilə sevinirəm! Bayramın sonunda isə bağımızda kiçik bir tonqal qalayırıq, çünki od saflığı və yenilənməni simvolizə edir.

Mənim üçün çox vacibdir ki, övladlarım Azərbaycan adət-ənənələrini unutmasınlar, bu mətbəxin dadlarını bilsinlər və bayramın əsl ruhunu hiss etsinlər. Çünki mədəniyyət təkcə tarix kitablarında deyil, hər bir ailənin ürəyində yaşayır.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər