“Bakmil” stansiyasına hərəkət cədvəli yenilənib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsi ilə əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Yenilənmiş cədvəl iş və qeyri-iş günləri olmaqla 2 hissədən ibarətdir. Cədvələ buradan baxmaq olar.
Dəyişikliklər 20 iyun tarixindən etibarən tətbiq olunacaq.