Paytaxtın Binəqədi rayonu, “Baksol” yolu daha 1 gün bağlı qalacaq. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qurumdan bildirildi ki, avtomobil yoluna məhdudiyyət 5 noyabr saat 23:00-a qədər uzadılır.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.