“Baku City Hospital”ın saytında maraqlı hadisə baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Belə ki, adıçəkilən tibb müəssisəsinin saytında texniki problem yaşanıb. Sayta daxil olan zaman “Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb” sözləri yazılıb.
Həmçinin “Chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi əks olunub.
Etiraz mesajından qısa zaman sonra saytın fəaliyyəti bərpa olunub.