İlk dəfə olaraq təşkil olunan “STEAM Azerbaijan Festival” layihəsi “Baku Expo Center”də 9-10 dekabr tarxilərində baş tutacaq.
Tədbirdə 6-11-ci sinif şagirdləri 10 kateqoriya üzrə yarışlarda iştirak edəcəklər. Layihə sayəsində şagirdlər bu tip beynəlxalq səviyyəli yarışlarda daha hazırlıqlı olacaqlar.
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.