Bakıda keçirilən beynəlxalq şahmat festivalı başa çatıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open–2024” beynəlxalq şahmat festivalı başa çatıb.
Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak ediblər.
AŞF-nin prezidenti Mahir Məmmədov və vitse-prezidenti Faiq Həsənov qaliblərə mükafatlar təqdim ediblər.