Avtobuslar onların hərəkət zolağına daxil olan minik avtomobillərinin sürücülərini cərimələmək üçün müvafiq kameralarla təchiz edilir. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
İlk kamera "BakuBus"a aid 5 saylı marşrut xətti üzrə bir avtobusa quraşdırılıb.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, kameralar qanunsuz park edilmiş avtomobilləri müəyyən etmək üçün də istifadə olunacaq.
Layihə Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.