Bakıda daha bir marşrut xətti “BakuBus”a təhvil verilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
149 saylı marşrut xətti “BakuBus”a həvalə edilib. Həmin xətt üzrə avtobuslar paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsini metronun eynidalı stansiyası ilə əlaqələndirəcək.
Bununla əlaqədar marşrutun əksər hissəsi təkrarladığına görə 127 saylı marşrut xətti ləğv olunub.
Yeni avtobuslar 50.000-ə yaxın sakinə xidmət edəcək.
[caption id="attachment_97683" align="alignnone" width="640"]
Foto Bakı Nəqliyyat Agentliyi[/caption]