“BakuBus” daha 2 regiona marşrut təşkil edəcək. Bu haqda Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə “BakuBus” avtobusları fəaliyyət göstərəcəklər.
“Bakı-Gəncə-Bakı” marşrutu üzrə “Uğurlu Yol” MMC, “Bakı-Şəmkir-Bakı” marşrutu üzrə isə fiziki şəxs Bilal Xeyrəddin oğlu Qurbanov qalib elan olunublar.