“BakuBus” MMC-nin rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, şirkətin Müşahidə Şurasının sədri dəyişdirilib. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev vəzifəsindən ayrılıb. Onu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov əvəz edib.
Bu haqda Prezident Sərəncam imzalayıb.