“BakuBus” yeni şəhərlərarası marşrutlar təşkil edəcək. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Müsabiqələrin nəticələrinə əsasən, paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutları, eləcə də Bakı–Zaqatala–Bakı və Bakı–Bərdə–Bakı marşrutları “BakuBus” MMC-yə həvalə olunub.
Bakı–Tərtər–Bakı marşrutu üzrə isə 2 hüquqi şəxs – “BakuBus” MMC və “Uğurlu Yol” MMC qalib elan olunub.