Bakının Xətai prospektində avtomobil yolundakı açıq lükün həm hərəkət iştirakçılarına ciddi təhlükə yaratdığı, həm də paytaxtın estetik görünüşünü pozduğu haqqında məlumat vermişdik.
Bu haqda Bakuplus.az-a məlumat verən paytaxt sakinləri ümid edirdilər ki, müvafiq qurumlar məsələ ilə bağlı lazım olan addımları atacaqlar.
Bakuplus.az bu məsələni ictimailəşdirəndən sonra müvafiq orqanlar lazımı addımlar atıb və lükə qapaq qoyulub.