Balıq ovu ilə bağlı əhaliyə müraciət olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti 1 sentyabr tarixində bitir.
Balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.
"Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə qanunamüvafiq addımlar atılacaq”, - deyə müraciətdə qeyd olunub.