Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun bir hissəsi təmir olunub. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Təmir-bərpa işləri adıçəkilən yolun Mehdiabad qəsəbəsinin giriş hissəsində aparılıb. Görülən işlər cərçivəsində 4500 kv.m köhnə asfalt örtüyü qazılaraq yenisi ilə əvəzlənib. Daha sonra müvafiq yol cizgiləri çəkilib və nişanlanmalar quraşdırılıb.