Bank kartlarından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş 44 yaşlı Elnur Əhmədovun paytaxt ərazisində 20-dən artıq şəxsin kart şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub. O, kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. Eləcə də E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı eyni əməlləri törədib.
Onun barəsində araşdırmalar davam edir.