top
Bank ləğv edildikdən sonra pulu necə geri qaytarmaq olar?
19 oktyabr 2023, 02:11
- ↺ +

Bank ləğv edildikdən sonra pulu necə geri qaytarmaq olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, 19 oktyabr tarixində “Muğan Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı məlumat yayılıb. Bu, Azərbaycanda bu il ikinci bankın bağlanmasıdır. Bakuplus.az bağlanan bankların əmanətçilərinin vəsaitlərini geri almaq üçün nə etməli olduqlarını öyrənib.

“Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək.

Belə ki, qanuna əsasən, qorunan əmanətlərin illik faiz dərəcəsi:


  • Milli valyutada - 12%

  • Xarici valyutada - 2,5%.


Kompensasiya ödənişi prosesi

Kompensasiya ƏSF tərəfindən həyata keçirilir və əhalinin müxtəlif qrupları üçün müvafiq limitlər təmin edilib:


  • Fiziki şəxslərin qorunan əmanəti üzrə - 100.000 manat;

  • Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə - 20.000 manat;

  • Notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər - Tam məbləğ.


Bankın müştərisi fonda yazılı şəkildə müraciət etməli və müvafiq sənədlər təqdim etməlidir:

  • Əmanət müqaviləsi;

  • Əmanət kitabçası (yaxud qanunverciliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);

  • Şəxsiyyəti təsdiq edən sənəd;

  • Əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydada təsdiq olunmuş etibarnaməsi.


Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Fond kompensasiyanı ərizəçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda fondun Himayəçilik Şurasının qərarı ilə fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.

Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Digər valyutalar Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Əgər əmanətçinin bir bankda bir neçə valyutada əmanəti varsa, ümumi məbləğ manatla kompensasiya olunur.

Bir müddət sonra fond “Muğan Bank” əmanətçilərinin sənədləri təqdim etmək üçün əlaqə saxlaya biləcəyi dəqiq ünvanı təqdim edəcək. Xəbərləri vebsaytda, həmçinin Facebook və Instagram sosial şəbəkələrində izləyə bilərsiniz.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Oxşar xəbərlər