top
Banklarımız 4 milyard manata yaxın faiz yığıb
21 mart 2025, 05:19
- ↺ +

Banklarımız 4 milyard manata yaxın faiz yığıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə banklarının 2024-cü ilin sonuna faiz və gəlirlərin bu qəbildən olan növlərindən əldə etdiyi vəsait 500 mln. manata yaxın artaraq 3 mlrd. 969.8 mln. manat təşkil edib.

Bakuplus.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, 2023-cü ilin sonunda bu göstərici 3 mlrd. 492.9 mln. manat təşkil edib.

Bankların faiz və qeyri-faiz xərclərində də 800 mln. manatdan artım müşahidə olunub. 2024-cü ilin yekunlarına əsasən, bankların faiz və onlara bağlı xərcləri 1 mlrd. 214.7 mln. manat, qeyri-faiz xərcləri isə 2 mlrd. 772.6 mln. manat təşkil edib. Halbuki, 2023-cü ilin sonunda bu göstəricilər müvafiq olaraq 839.4  mln. manat və 2 mlrd. 335.7 mln. manat idi.

Fiziki şəxslərin depoziti 2023-cü ilin sonu ilə müqayisədə 12 mlrd. 582.2 mln. manatdan 14 mlrd. 299.1 mln. manata, hüquqi şəxslərin depozitləri isə 21 mlrd. 967.9 mln. manatdan 23 mlrd. 397.5 mln. manata yüksəlib.

Öhdəliklərdə 3 mlrd. manatdan çox artım müşahidə olunaraq 43 mlrd. 114.8 mln. manatdan  46 mlrd. 383 mln. manata yüksəlib.

Həmçinin ötən il 2 mlrd. manatdan daha artıq biznes kreditləri verilib. 2023-cü ilin sonunda ölkə üzrə verilmiş biznes kreditlərinin həcmi 12 mlrd. 616.8 mln. manat idisə, ötən ilin sonunda bu göstərici 14 mlrd. 787.2 mln. manat olub. Bunun da 999.2 mln. manatı dövlət fondları hesabına verilmiş biznes kreditlərinin payına düşüb.

Nağd vəsaitlər də 140 mln. manatdan çox artaraq 1 mlrd. 877 mln. manatdan 2 mlrd. 19.4 mln. manata yüksəlib.

Xalis mənfəətdə isə 30 mln. manatdan çox azalma qeydə alınıb. Belə ki, 2023-cü ildə 1 mlrd. 76.4 mln. manat xalis mənfəət əldə edən banklar 2024-cü ildə 1 mlrd. 44.3 mln. manat mənfəət əldə ediblər.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər