Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-də təqaüd qazandı. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
Təhsil ocağının İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100.000 ABŞ dolları təqaüd qazanıb.
Eşqin 2019-cu ildə BANM-ə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb.