top
Barəsində cinayət işi açılan sığınacaq haqqında şok iddialar: uşaqların başında yanıq izləri var
03 iyun 2022, 05:35
- ↺ +

Barəsində cinayət işi açılan sığınacaq haqqında şok iddialar: uşaqların başında yanıq izləri var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda uşaqlara qarşı zorakılıq əməlləri səbəbindən barəsində cinayət işi açılan sığınacaq haqqında təfərrüatlar məlum olub. Bu haqda BakuPlus.az Sputnik.az-a istinadən bu gün, 3 iyun tarixində xəbər verir.

Ötən gün Sabunçu rayonu ərazisində yerləşən “Sevgi Evi” sığınacağı barəsində cinayət işinin başlanmasını xəbər vermişdik. Fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.

Sığınacağın rəhbəri Könül Qasımova burada olan zorakılıq iddialarını təkzib edib. O, bildirib ki, sığınacaq dövlət dəstəyi olmadan, könüllü surətdə fəaliyyət göstərir:

“Uşaqları buraya gətirmirik ki, onlara işgəncə verək. Biz o uşaqları gətiririk ki, burada onların başına sığal çəkək, qayğı göstərək. Gətirmirik ki, onlara şiddət göstərək. Bu barədə iddialar kökündən yanlışdır. Bu, bizim sığınacağı gözdən salmaq məqsədi daşıyır".

Sığınacaqdan şikayət edən və adının Xəyalə olduğunu bildirən xanım buradakı monitorinqin onun şikayəti əsasında həyata keçirilidiyini təsdiqləyib:

"15 yaşında qızıma etdiyi səhv hərəkətə görə acıqlandığımdan, o küsüb evdən gedib. Polis onu "Sevgi Evi" qadın və uşaq sığınacağına yerləşdirib. Qızımın həmin sığınacağa yerləşdirildiyini bildikdən sonra onu evə aparmaq üçün dəfələrlə həmin ünvana getsəm də, Könül Qasımova qızımla görüşməyimə icazə vermədi. Günlərlə sığınacağın qapısında dayanıb qızımı görmək üçün onun insafa gəlməsini gözlədim. Amma o, qızımı mənə qarşı öyrədərək efirə çıxarıb danışdırdı. Mənim əleyhimə qızımı telekanalda müsahibə verməyə məcbur etdi. Rayon İcra Hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməyimə baxmayaraq, qızımla görüşümə Könül Qasımova icazə vermirdi. Nəhayət, qızım orada iki ay qaldıqdan sonra, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mən qızımla görüşə bildim. Qızım məni görən kimi onu sığınacaqdan xilas etməyimi istədi. Onu evə gətirəndən sonra sığınacaqda başına gətirilənləri mənə danışdı. Bildirdi ki, Könül Qasımova onu günlərlə ac saxlayıb, efirə çıxaraq mənim əleyhimə danışmağa məcbur etmək üçün iki gün zirzəmidə saxlayıb. Qızım razı olmadıqda qışın soyuğunda onu hamamda gecələməyə məcbur edib. Qızıma mənəvi işgəncələr verib. Hətta Könül Qasımovanın orada yaşayan tanışı qızıma qarşı əxlaqsız hərəkətlər də edib".

Özünü şiddətə məruz qalmış qızın valideyni kimi təqdim edən Xəyalə digər uşaqlara qarşı da zorakılıq əməllərinin törədildiyini iddia edib:

"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vururdular. Könül Qasımova sonra onların keçəl başında spirtin necə alışdığına tamaşa etmək üçün onların başını yandırırmış. Oradakı uşaqların başlarındakı yanıq izləri də bunu sübut edir”.

Cəmilə Məmmədova (ad şərtidir) anasının dediklərini təsdiqləyib və sığınacaqda dayə, xadimə kimi çalışmağa məcbur edildiyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Adıçəkilən sığınacağın rəhbəri Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Oxşar xəbərlər