Bakıda və Abşeron rayonunda barista işləmək istəyən 20 nəfərə şəxsi səyyar qəhvəxana açmaq üçün avadanlıq verilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədova istinadən məlumat verir.
Təşəbbüs KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsi çərçivəsində həyata keçirilib.
#KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən "Səyyar kofe evləri" layihəsi çərçivəsində Bakı və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən 20 nəfərə səyyar kofe satışı üzrə kiçik bizneslərini qurmaları üçün avadanlıqlar təqdim etdik. pic.twitter.com/Q7XM0YPHvs
— Orkhan Mammadov (@MammadovOrkh) February 27, 2023