Bayram günlərində Kliniki Tibbi Mərkəzə 121 nəfər zəhərlənməyə görə müraciət edib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar, 33 nəfər isə şöbəyə yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Sirkə turşusundan zəhərlənən 2 qadın vəfat edib.