Ramazan bayramı ilə əlaqədar 21-24 aprel tarixlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az məlumat verir.
Əlavə reyslərin cədvəli:
21 aprel, Bakı-Ağstafa (07:50 - 12:45),
Ağstafa-Bakı (15:30 - 20:25);
22-24 aprel, Bakı-Ağstafa (08:25 - 13:20),
Ağstafa-Bakı (15:30 - 20:25),
Ağstafa-Bakı (16:00 - 20:55).
Qatarların tam cədvəli və bilet satışı “Azərbaycan Dəmir Yolları” QSC-nin saytında mövcuddur.