Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların sayı artırılacaq. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat xidmətinə istinadən məlumat verir.
Novruz Bayramı ilə bağlı martın 21-dən 26-dək xəttə 10 əlavə qatar reysi təyin edilib.
Həmin tarixlərdə hər gün əlavə qatar:
– 07:30-da Bakıdan Qəbələyə;
– 19:00-da Qəbələdən Bakıya yola düşəcək.
Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri https://ticket.ady.az saytından və yaxud “ADY Mobile” mobil tətbiqindən almaq mümkündür.