top
Bayramda kökəlməmək üçün nə edək? - DİETOLOQ VƏ MÜTƏXƏSSİSDƏN ÖZƏL AÇIQLAMA 
21 mart 2025, 00:14
- ↺ +

Bayramda kökəlməmək üçün nə edək? - DİETOLOQ VƏ MÜTƏXƏSSİSDƏN ÖZƏL AÇIQLAMA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra isə süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay, çərəzlər, meyvələr gəlir. Beləcə, çox zaman yeməyə nəzarəti itiririk və yığdığımız kaloriləri nəzərə almırıq. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır.

Bəs bayram günlərində necə qidalanaq?

Bununla bağlı Bakuplus.az-a açıqlama verən dietoloq Leyla Zülfiqarlı deyib ki, 5 gün ərzində daha yumşaq pəhriz, 2 gün isə orqanizmi “mükafatlandırmaq” prinsipinə əməl etməklə bayramdan sonra fizioloji olaraq təmizlənin:

“Qarşıdan 10 günlük bayram tətili gəlir. Digər bayramlarda olduğu kimi, bu bayramda da zəngin və yüksək kalorili yeməklər hazırlanaraq süfrələrə düzülür. Oturaq  həyat tərzi nəzərə alınarsa, bir çox insanheç şübhəsiz, bayramdan artıq çəki ilə çıxacaq.

Qısa müddətdə, yəni 3-5 gün ərzində yığılan kilonu eyni vaxtda əritmək məqsədini qarşıya qoymaq doğru deyil. Bunun əvəzinə, daha sağlam və mərhələli bir yanaşma tətbiq edilməlidir. İki həftə ərzində ağır karbohidratlı, şəkərli və heyvan mənşəli qidaları azaltmaq, onların yerinə tərəvəz əsaslı qidalar qəbul etmək tövsiyə olunur.

Məsələn, həftə ərzində ət və karbohidrat qəbulunu azaldaraq, tərəvəzlər və bitki mənşəli proteinlərlə qidalanmaq faydalıdır. Bunlara lobya, qarabaşaq yarması və digər bitki proteinləri daxildir. Bu qidalarla yanaşı, bitki lifləri də qəbul edilməlidir. Beləliklə, həftənin sonunda əvvəlki vəziyyətə qayıtmaq mümkündür. 5 gün ərzində daha yumşaq pəhriz, 2 gün isə orqanizmi “mükafatlandırmaq” prinsipinə əməl etməklə iki həftə ərzində yığılan kiloları itirmək olar.

Bu müddətdə yaşıl çay, zəncəfil çayı kimi təbii maddələrlə zəngin içkilərdən istifadə etmək faydalıdır. Həmçinin alma, kivi, limon və zəncəfilin şirəsini hazırlayıb əsas yemək fasilələrində bu içkiləri qəbul etmək məsləhət görülür. Onların tərkibində bol miqdarda mineral maddələr olduğu üçün orqanizmin bərpasına kömək edir”.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə saytımıza açıqlamasında bildirib ki, şirniyyatlar artıq çəkidən əlavə həzm probleminə də yol açır:

“Şirniyyatlar, xüsusi ilə Novruz bayramında süfrəyə düzülən paxlava, şəkərbura, qoğal həddindən artıq yüksək kalorili qida hesab olunduğuna görə normadan artıq qəbulu fəsadlara yol aça bilər. Birinci növbədə çəki artımı yaradır, eyni zamanda bu şirniyyatlardan çox qəbul edildikdə həzm problemi ortaya çıxır. Çünki şirniyyat qəbul edəndə qanda şəkərin səviyyəsi sürətlə yüksəlir və aşağı enir. Bunun nəticəsində orqanizm daim aclıq hiss edir. Xüsusi ilə şəkərli diabet xəstələri bu məsələyə həssas yanaşmalıdır.

Bununla yanaşı, şirniyyat yedikdən sonra insan özünü enerjili hiss etsə də, bu, çox qısa müddətdə yorğunluq, halsızlıq hissi yaradır. Əlavə edim ki, bayram şirniyyatlarının tərkibində olan yüksək kalorilərlə yanaşı süfrəyə düzülən çərəzlər də bəzi insanlarda allergik reaksiyalar yaradır. Sağlam insanlarda belə dəridə səpkilər, qaşıntı və ishal problemlərinə yol açır.

Bu kimi şirniyyatların qəbulu günün birinci yarısında tövsiyə olunur. Çünki bu zaman qəbul etdiyimiz kalori enerjiyə çevrilir və gümrah olmağımıza xidmət edəcək. Ancaq axşam saatları və xüsusi ilə yeməkdən sonra qəbul edilən şirniyyatlar həzm problemləri, artıq çəkiyə səbəb olur. Yaxşı olar ki, şirniyyatlar yeməklə eyni vaxtda deyil, yemək aralarında qəbul olunsun və gündəlik bir-iki ədədi keçməsin. Çünki bir insan orqanizmi gündəlik 2400-3000 kalori arasında qida qəbul etməlidir. Paxlava və şəkərburada isə orta hesabla 250-300 arası kalori var. Bunun artıq qəbulu gündəlik kalori balansını pozur”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər