Dəyərli izləyicilər!
Bakuplus komandası olaraq sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2024-cü il münasibətilə ürəkdən təbrik edirik!
Bu il bizimlə olduğunuz üçün minnətdarıq. Qürur duyuruq ki, qələbələri, sevinci və acıları sizinlə birlikdə yaşadıq.
Fəaliyyətimiz boyunca biz sizin dəstəyinizi hiss etdik. Öyrənməyimizə və inkişaf etməyimizə kömək etdiyiniz üçün təşəkkür edirik. Siz bizim əsas tamaşaçılar və münsiflərimizsiniz.
Yeni ildə həm şəxsi həyatınızda, həm də şəhərimiz və ölkəmizin həyatında ancaq xoş xəbərlər arzulayırıq. Biz isə ən mühüm hadisələri işıqlandırmaq üçün həmişə yanınızda olacağıq.
Bayramlarınız mübarək!