Sabah, bazar günü, iyunun 4-də Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz keçəcək, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu haqda bu gün, 3 iyun tarxində Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.