Mayın 26-na olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz isə 19-24 dərəcə isti olacaq.