Bakı Dövlət Universitetinin professoru vəfat edib. Bu haqda Report 10 noyabr tarixində xəbər verib.
Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Məhərrəmov 84 yaşında dünyasını dəyişib.
“Əməkdar müəllim” fəxri adına layiq görülən professor, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.
Ötən gün BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Xəlilovun da vəfat etməsi barədə məlumat vermişdik.