Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzləri iş qrafikini açıqlayıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bayram günlərində Bakının Sabunçu və Qaradağ (“Sədərək” Ticarət Mərkəzinin yanı) rayonlarında yerləşən Müayinə Mərkəzləri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.
Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/12/video-whatsapp-2023-12-29-v-17.30.03_f1835139.mp4"][/video]