Azərbaycanda yanacağın qiymətinin artacağı bildirilir. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Yayılan məlumata görə, Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin bahalaşacağı gözlənilir.
Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpik təşkil edir.