Beynəlxalq axtarışda olan altı şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.
Bakuplus.az xəbər verir ki, Rusiya Baş Prokurorluğu Azərbaycan vətəndaşları Həbibov Orxan Afiq oğlu, Şirinov Elcan Akif oğlu, Süleymanov Zülfüqar Vahid oğlu, Vəliyev Arif Rasim oğlu və Səlimov Pərviz Rzavan oğlunu Azərbaycana göndərib.
Bundan başqa, Azərbaycan vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.