Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxslər Bakıda tutulublar. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Rusiya Federasiyasının vətəndaşları Mustafa Bayramov, Vİktor Elizarov və Mixail Kozlov dələduzluq və yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmək üstündə beynəlxalq axtarışa veriliblər. Onlar Bakı aeroportunda sərhəd nəzarətindən keçən zaman saxlanılıblar.
Həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.