Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda həbsdə olan erməniəsilli insanlara yenidən baş çəkiblər. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az məlumat verir.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib, onların ailələri ilə ünsiyyət qurmaları üçün şərait yaradılıb.
Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.