top
Bibisi qızına 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü – NAMUS MƏSƏLƏSİ
07 iyul 2026, 12:25
- ↺ +

Bibisi qızına 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü – NAMUS MƏSƏLƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi qızını bıçaqlamaqda, digər qohumunu isə qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayəti işinin bəzi detalları məlum olub.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs bibisi qızı, zərərçəkmiş Səlimovanın yaşadığı evin müşahidə kameralarına düşmüş videogörüntüləri əldə etdikdən sonra onun Elşad Baxışovla sevgi münasibətində olduğuna və həyat yoldaşına xəyanət etdiyinə inanıb.

Həmin videogörüntülər Səlimovanın həyat yoldaşı tərəfindən qohumlarına təqdim edilib. Kamal isə bunu namusuna toxunan hərəkət kimi qiymətləndirərək həm Elşaddan, həm də bibisi qızından qisas almaq qərarına gəlib.

Məhkəmə tərəfindən müəyyən olunub ki, təqsirləndirilən şəxs əvvəlcə Elşadı izləyərək onun hərəkətlərini nəzarətdə saxlayıb.
2026-ci ilin aprelin 4-ü gecə saatlarında Kamal idarə etdiyi avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Elşada yaxınlaşıb, söhbət etmək bəhanəsi ilə onu avtomobilə dəvət edib. Elşad ön sərnişin oturacağında əyləşdikdən sonra təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı çıxararaq qəfil hücuma keçib. O, Elşadın həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl və güclü bıçaq zərbələri endirib. Güclü daxili qanaxma nəticəsində Elşad hadisə yerində həyatını itirib.
 
Elşadı öldürdükdən təxminən yarım saat sonra təqsirləndirilən şəxs bibisi qızı N.Səlimovanın yaşadığı ünvana gedib. O, heç nə olmamış kimi qadınla söhbət etmək istədiyini bildirib və onu evdən çıxarıb avtomobilinə mindirib. Kamil N.Səlimovanı yaşayış məntəqəsindən uzaq, insanların kömək göstərə bilməyəcəyi qaranlıq əraziyə aparıb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobildə əyləşmiş bibisi qızına qəfil hücum edərək onu da öldürmək məqsədilə eyni bıçaqla ardıcıl zərbələr endirib. 

Ekspertiza ilə müəyyən olunub ki, zərərçəkmiş ümumilikdə 35 bıçaq xəsarəti alıb. İttihamda qeyd edilib ki, təqsirləndirilən şəxs cinayət niyyətini başa çatdıra bilməyib.

Zərərçəkmiş qadının aktiv müqavimət göstərməsi, hadisə yerinə yaxınlarının gəlib müdaxilə etməsi və onun təcili şəkildə xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım alması nəticəsində həyatı xilas edilib. 

Məhkəmənin hökmü ilə Kamil Baxşıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Oxşar xəbərlər