Biləcəridə yeni dəmir yolu platformaları inşa olunur. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Yeni alınan Stadler “KISS” qatarları üçün stansiyalar təmir olunur. Belə ki, platformaların hündürlüyü qatara uyğun şəkildə düzəldilir. Həmçinin “FLIRT” markalı Stadler qatarlarının dayanması üçün xüsusi, daha aşağı hündürlüklü əlavə hissələr inşa olunur.
Bununla bağlı Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında qatarların sürəti qismən aşağı salınır.