“Biletim.az” portalına daha 4 istiqamət əlavə edilib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Sərnişinlər artıq Bakıdan Göygöl, Qazax, Biləsuvar və Xaçmaza, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər. Bu günə qədər sözügedən portal vasitəsilə Bakıdan 23 istiqamətə onlayn bilet almaq mümkün idi.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.