5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından 20 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir
13:44 - Binədə dönərdən zəhərlənən 8 məktəbli evə buraxılıb
Bakının Binə qəsəbəsində dönərdən kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən məktəblilərin sayı 24 nəfərə çatıb. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az TƏBİB-yə istinadən məlumat verir.
Onlardan 8 uşaq (3-ü ailəsinin iltizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb. 16 nəfərin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti stabildir.
Hadisə oktyabrın 24-də baş verib. 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Uşaqların zəhərlənmələrinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb. Qida Təhlükəsiziliyi Agentliyi tərəfindən araşdırma aparılır.